Bakının ən problemli yolunda inqilabi dəyişiklik: “Şamaxinka”da ilk dəfə svetoforlar işə düşdü

Bakının ən problemli yolunda inqilabi dəyişiklik: “Şamaxinka”da ilk dəfə svetoforlar işə düşdü






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #DİN, #Nəqliyyat, #WhatsApp, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ərazidə 13 svetofor quraşdırıb

       Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) presstvaz-a daxil olan məlumata görə, Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan ərazisində hərəkətin təhlükəsizliyini və nizamlılığını təmin etmək məqsədilə mühüm addım atılıb. Artıq sözügedən yol sahəsi müasir svetoforlarla tənzimlənir.

13 svetofor dirəyi və yeni nizamlılıq Hərəkətin təşkilində edilən köklü dəyişikliklərlə əlaqədar olaraq, NİİM əməkdaşları tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi quraşdırılıb. Bu dirəklər üzərində həm nəqliyyat vasitələri, həm də piyadalar üçün xüsusi bölmələr yerləşdirilib.

presstvaz  xəbər verir ki, yeni quraşdırılan sistem aşağıdakı sahələrdə hərəkət növbəliliyini tənzimləyəcək:

  • Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələri;

  • Kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerləri;

  • Piyadaların keçid təhlükəsizliyi.

AYNA-nın layihəsi əsasında icra olunub Qeyd edilən yeniliklər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) hazırladığı xüsusi layihə əsasında həyata keçirilib. Məqsəd həm avtomobillərin, həm də piyadaların xaotik hərəkətinin qarşısını almaq, ərazidəki tıxacları minimuma endirməkdir.

       NİİM sürücülərə və piyadalara tövsiyə edir ki, ərazidəki yeni nişanlanma və svetoforların tələblərinə ciddi əməl etsinlər.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv