Həkim uşaqlarda görmə zəifliyinin yaratdığı problemləri açıqladı

Həkim uşaqlarda görmə zəifliyinin yaratdığı problemləri açıqladı






presstv

"Presstv"az #Audi, #Həkim, #oftalmoloq, #Rusiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Uşaqlarda yaranan görmə problemləri əsəbilik, narahatlıq və təhsil səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər”.

presstvaz xəbər verir ki, bunu “İzvestiya”ya rusiyalı uşaq oftalmoloqu Olqa Popkova deyib.

Həkimin sözlərinə görə, uşaqlarda ən geniş yayılmış görmə pozuntuları refraksiya anomaliyalarıdır: miopiya (yaxındangörmə), hipermetropiya (uzağıgörmə) və astiqmatizm.

Bundan əlavə, uşaqlarda gözlərin koordinasiyalı işinin və fokuslanmanın pozulması nəticəsində yaranan çəpgözlük və ambliopiya (“tənbəl göz” sindromu) kimi hallara da tez-tez rast gəlinir.

Olqa Popkova qeyd edib ki, bu problemləri aradan qaldırmağın ən etibarlı yolu müntəzəm profilaktik müayinələrdən keçməkdir: “Problem aşkar edildikdə mümkün qədər tez korreksiya vasitələri seçilməlidir. Vaxtında təyin edilmiş eynəklər uşağın ətrafı tam görməsinə və normal inkişafına şərait yaradır. Yeddi yaşdan yuxarı uşaqlar isə yumşaq kontakt linzalardan istifadə edə bilərlər”.

Həkim, həmçinin gecə linzalarının (ortokeratologiya) faydalarından da danışıb: “Gecə linzaları yatmazdan əvvəl taxılır və səhər çıxarılır. Yuxu zamanı bu linzalar buynuz qişanın ön səthinin formasını yumşaq şəkildə dəyişir. Bu effekt gün ərzində qalır və uşağa eynəksiz yaxşı görməyə, sərbəst şəkildə idmanla məşğul olmağa və aktiv həyat tərzi sürməyə imkan verir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv