Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə – VİDEO

Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə – VİDEO






presstv

"Presstv"az #Audi, #Dollar, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə onlayn ticarət platformalarının sürətli inkişafı yerli bazarı yeni reallıqla üz-üzə qoyur.

Satıcılar bildirirlər ki, bazarda durğunluq müşahidə olunur və vəziyyət belə davam edərsə, mağazaları bağlamaq məcburiyyətində qalacaqlar.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

“Deyilənə görə, bizdə mallar daha bahadır. Amma onlayn satılan məhsullar ucuz olsa da, keyfiyyətsizdir. Buna görə də bizdəki keyfiyyətli mallar əlimizdə qalır, onları sata bilmirik”, – satıcılardan biri deyib.

Digər bir satıcı isə qeyd edib: “İnsanlar bazara gəlmək üçün əziyyət çəkmək istəmirlər. Tənbəl adamlara onlayn alış-veriş daha sərfəlidir”.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşlar onlayn alış-verişdə hər ay 300 dollaradək məhsulu vergi və rüsum ödəmədən gətirə bilirlər. Bu isə mağazalarda məhsul satanlarla bu işi onlayn görənlər arasında ciddi qiymət fərqinə səbəb olur:

“Ənənəvi ticarətdə satıcılar məhsul gətirəndə gömrükdə əlavə dəyər vergisi və rüsum ödəyirlər. Amma onlayn alış-verişdə bu vergilər tutulmadığı üçün rəqabət ədalətsiz olur. Buna görə də illik 10 min dollardan çox dövriyyəsi olan onlayn platformaların da əlavə dəyər vergisinə cəlb olunması təklifi bu fərqi azaltmağa kömək edəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv