Kralın qardaşı da "Epşteyn işi"nə görə saxlanıldı – FOTO

Kralın qardaşı da "Epşteyn işi"nə görə saxlanıldı – FOTO






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada Kral III Çarlzın qardaşı, York hersoqu kimi tanınan şahzadə Endryu dövlət vəzifəsindən sui-istifadə iddiaları üzrə istintaq çərçivəsində saxlanılıb.

presstvaz xəbər verir ki, məlumata görə, 19 fevral tarixində Norfolkda həyata keçirilən əməliyyat zamanı 60 yaşlarında olan şübhəli həbs edilib.

Polis bildirib ki, Berkşir və Norfolk bölgələrində bir neçə ünvanda axtarışlar davam edir. Rəsmilər istintaqın aktiv mərhələdə olduğunu vurğulayaraq, məhkəmə prosesinə təsir göstərə biləcək açıqlamalardan çəkinməyə çağırıblar.

Araşdırma, məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn ilə bağlı yeni sənədlərin yayılmasından sonra yenidən gündəmə gəlib. İddialara əsasən, Epşteynin fəaliyyəti ilə bağlı bəzi məqamlar və mümkün əlaqələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Şübhəli şəxsə qarşı irəli sürülən ittihamlar rəsmi şəkildə təsdiqlənməyib və onun bütün iddiaları rədd etdiyi bildirilir. Polis istintaqın şəffaf və qərəzsiz aparılacağını, zəruri olduqda ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Kral III Çarlz tərəfindən Andrewun rəsmi titulları ləğv edilmişdi. Hazırda istintaq davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv