Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib






presstv

"Presstv"az #(SOCAR), #Audi, #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliya şirkəti “Italiana Petroli”nin (IP) 99.82 % səhmlərini “API Holding”dən almasını təsdiqləyib.

presstvaz bu barədə “Report”un Avropa bürosu komissiyasına istinadən xəbər verir.

“Sövdələşmə əsasən xam neft və neft məhsullarının tədarükünü əhatə edir” – deyə, Avropa Komissiyasından bildirilib.

Təşkilatdan qeyd edilib ki, satınalma nəticədə yaranan məhdud bazar mövqelərini nəzərə alaraq, rəqabət sahəsində problem yaratmayacaq. Buna görə də məsələyə birləşmələr üzrə sadələşdirilmiş prosedur çərçivəsində baxılıb.

“Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş “downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı, sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Xatırladaq ki, SOCAR və “API Holding” arasında “Italiana Petroli”nin səhmlərinin 99,82 %-nin satın alınması haqqında saziş 2025-ci il sentyabrın 23-də imzalanıb.

“Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək” – deyə, xəbərdə vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv