ABŞ bombardmançıları yüksək hazırlıq vəziyyətinə gətirildi

ABŞ bombardmançıları yüksək hazırlıq vəziyyətinə gətirildi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Gəmi, #Hakim, #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #Tehran, #Təl-Əviv, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə İranın hərbi obyektlərinə qarşı zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin “B-2 Spirit” strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri özəl mənbələrinə istinadən məlumat verib.

Bildirilib ki, davamlı hava əməliyyatları üçün zəruri olan onlarla yanacaqdoldurma təyyarəsi də ön mövqelərə çıxarılıb.

Nəşrin məlumatına görə, Karib dənizi hövzəsindən İrana doğru gedən ABŞ-nin ikinci aviadaşıyıcı qrupu bu həftənin sonu və ya gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər. Gözlənildiyi kimi, “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Təl-Əvivi və digər İsrail şəhərlərini İranın potensial cavab zərbələrindən qorumaq üçün bu ölkənin yaxınlığında yerləşdiriləcək.

Daha əvvəl bildirildiyinə görə, ABŞ Administrasiyası artıq fevralın 21-də İrana qarşı hərbi əməliyyatın başlanması imkanını nəzərdən keçirir. Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturmasa və nüvə silahlarından tamamilə imtinanı nəzərdə tutan “ədalətli razılaşma”nı imzalamasa, ona qarşı ciddi hərbi güc tətbiq etməyə hazırdır. İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv