“Real Madrid” Vinisiusa qarşı irqçilik faktlarını UEFA-ya təqdim etdi

“Real Madrid” Vinisiusa qarşı irqçilik faktlarını UEFA-ya təqdim etdi






presstv

"Presstv"az #"Real Madrid", #Argentina, #Audi, #Avropa, #Braziliya, #Futbol, #Hakim, #İspaniya, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid” klubu Çempionlar Liqasının pley-offu çərçivəsində “Benfika” ilə səfər qarşılaşmasında komandanın braziliyalı ulduzu Vinisius Juniora qarşı sərgilənən irqçi davranışları təsdiqləyən materialları Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) təqdim edib.

presstvaz xəbər verir ki, sözügedən məsələ ilə bağlı məlumatı Madrid təmsilçisinin mətbuat xidməti ictimaiyyətə açıqlayıb.

Qeyd edək ki, turnirin 1/8 final mərhələsinin pley-off görüşü fevralın 17-də Lissabonda baş tutub və oyun “Real Madrid”in 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Rəqib qapısına yol tapan Vinisius qoldan sonra meydan sahiblərinin azarkeşlərinə tərəf qaçaraq emosional jestlər nümayiş etdirib. Daha sonra futbolçu qarşılaşmanın baş hakiminə yaxınlaşaraq irqçi təhqirlərə məruz qaldığını bildirib. İspaniya mətbuatında yer alan iddialara əsasən, Vinisius “Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianni tərəfindən irqçi ifadələrlə təhqir edilib. Baş verən gərginlik səbəbindən matçda 10 dəqiqəlik fasilə elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv