Almaniya prezidenti 2036-cı il Olimpiadasına qarşı çıxıb – Səbəb

Almaniya prezidenti 2036-cı il Olimpiadasına qarşı çıxıb – Səbəb






presstv

"Presstv"az #Almaniya, #Audi, #Hadisə, #İdman, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya dövlət başçısı Frank-Valter Ştaynmayer 2036-cı il Yay Olimpiya Oyunlarına ölkəsinin ev sahibliyi etməsi ideyasını məqsədəuyğun hesab etməyib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” nəşri yayıb.

Ştaynmayer İtaliyada baş tutan Qış Olimpiya Oyunlarının açılış mərasimində Almaniyanın rəsmi nümayəndə heyətinə rəhbərlik edib. O, olimpiadanın yenidən Almaniyada təşkil olunmasının tərəfdarıdır, lakin bunun 2036-cı ildə baş verməsini istəmir. Federal Prezident Kansleri Aparatının nümayəndəsi nəşrə açıqlamasında bildirib:

“Prezident 2036-cı ili Almaniyanın namizədliyi baxımından tarixi səbəblərə görə problemli sayır. Dövlət başçısı olimpiadanın 2040 və ya 2044-cü ildə Almaniyada təşkil edilməsinə ümid bəsləyir”.

Jurnalın vurğuladığı kimi, Almaniyanın gələcək namizədliyi ətrafındakı müzakirələr nasist Almaniyasının 1936-cı il Olimpiadasına ev sahibliyi etməsi faktı ilə əlaqəlidir. Adolf Hitler rejiminin həmin tədbiri təbliğat məqsədilə istifadə etməsi müasir alman siyasətçilərini hadisədən düz bir əsr sonra yeni oyunlara ev sahibliyi etmək fikrinə tənqidi yanaşmağa vadar edib.

Berlin, Hamburq, Münhen və Reyn-Rur regionu daha öncə olimpiadaya ev sahibliyi etmək marağında olduqlarını bəyan etmişdilər. Almaniya Olimpiya İdman Konfederasiyasının cari ilin oktyabrına qədər vahid namizəd müəyyənləşdirməsi gözlənilir. Bununla belə, Almaniya hökuməti 2025-ci ildə bəyan edib ki, oyunların 2040-cı ildə keçirilməsini dəstəkləyir. Qeyd edək ki, 1936-cı ildən başqa, Almaniya Yay Olimpiya Oyunlarına yalnız bir dəfə – 1972-ci ildə Münhendə ev sahibliyi edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv