Mark Zukerberq məhkəmədə ifadə verdi

Mark Zukerberq məhkəmədə ifadə verdi






presstv

"Presstv"az #Audi, #Google, #Sağlamlıq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq sosial media asılılığı ilə bağlı şahid kimi çıxış etdiyi məhkəmə prosesində “Instagram”da yaş həddinə nəzarət edilməsinin olduqca çətin olduğunu bildirib.

O, şirkətin biznes modeli baxımından gənc istifadəçilərin əhəmiyyətinin şişirdildiyini iddia edib. Zukerberq şirkətin gəncləri platformaya cəlb etmək və onları aktiv saxlamaq səyləri, eləcə də 13 yaşdan kiçik uşaqlara məxsus hesabların kifayət qədər izlənilib-izlənilməməsi ilə bağlı sualları cavablandırıb. Çünki “Instagram” qaydaları 13 yaşdan kiçik uşaqların tətbiqdən istifadəsini qadağan edir.

Zukerberq bildirib ki, “Meta” 13 yaşdan kiçik uşaqlara məxsus hesabları müəyyən etmək və silmək üçün bəzi “proaktiv vasitələr” hazırlayıb, ancaq buna baxmayaraq, bu, çətin problemdir.

“Yaşı ilə bağlı yalan danışan potensial olaraq xeyli sayda insan var”, – deyə Mark Zukerberq qeyd edib.

Qeyd edək ki, “Facebook”un qurucusu və dünyanın beşinci ən varlı insanı olan Mark Zukerberq fevralın 9-da başlayan məhkəmə prosesində ifadə verən ikinci icraçı direktor olub. Məhkəmə prosesi 20 yaşlı Kaley G.M.-in illərdir davam edən ruhi sağlamlıq problemlərinə görə “Meta”nın “Instagram” və “Google”un “YouTube” platformalarının məsuliyyət daşıdığını iddia etməsindən sonra başlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv