Maduronun saxlanılmasından sonra ilk dəfə ABŞ hərbi rəsmilərindən Venesuelaya gözlənilməz səfər – FOTO

Maduronun saxlanılmasından sonra ilk dəfə ABŞ hərbi rəsmilərindən Venesuelaya gözlənilməz səfər – FOTO






presstv

"Presstv"az #ABŞ, #Audi, #Nikolas Maduro, #Nyu-York, #Venesuela, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Silahlı Qüvvələrinin Latın Amerikasındakı rəhbəri, general Frensis Donovan və Pentaqonun yüksəkvəzifəli rəsmisi Cozef Humire təhlükəsizlik üzrə danışıqlar üçün Venesuelaya gözlənilməz səfər ediblər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat verib.

Maduronun saxlanılmasından sonra ilk dəfə ABŞ hərbi rəsmilərindən Venesuelaya gözlənilməz səfər - FOTO

Məlumata görə, bu, ötən ay ABŞ qoşunlarının hərbi əməliyyat zamanı keçmiş Venesuela lideri Nikolas Maduronu ələ keçirmələri və ona qarşı narkotik qaçaqmalçılığı ittihamlarının irəli sürüldüyü Nyu-Yorka aparmalarından bəri ABŞ hərbi nümayəndə heyətinin ölkəyə ilk səfəridir.

Venesuela hökuməti bildirib ki, ABŞ hərbi nümayəndə heyəti ölkənin müvəqqəti Prezidenti Delsi Rodriges, müdafiə naziri Vladimir Padrino və daxili işlər naziri Diosdado Kabelyo ilə görüşüb. Tərəflər narkotik qaçaqmalçılığı, terrorizm və miqrasiyaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv