Mark Zukerberq məhkəmədə ifadə verəcək

Mark Zukerberq məhkəmədə ifadə verəcək






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Los-Anceles, #Orta məktəb, #Sağlamlıq, #TikTok, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq Los-Anceles məhkəməsinə çağırılıb.

presstvaz “Associated Press”ə istinadən xəbər verir ki, o, sosial medianın gənclərin psixi sağlamlığına təsiri ilə bağlı məhkəmədə ifadə verəcək. İddiaçı tərəf olan 20 yaşlı qadın sosial medianın asılılıq yaradan xüsusiyyətlərinin ona sağalmaz zərər vurduğunu, narahatlıq və intihar düşüncələrinə səbəb olduğunu bildirir. Məhkəmə prosesinə rəqəmsal asılılıq səbəbindən övladlarını itirən valideynlər də cəlb olunacaqlar.

İddia əvvəlcə dörd böyük şirkətə – “Meta”, “YouTube”, “ByteDance” və “Snap Inc”ə qarşı qaldırılıb. Məlumata görə, artıq “TikTok” və “SnapInc” ilə məhkəmədənkənar razılaşma əldə olunub.

“Meta” nümayəndəsi isə iddialarla razılaşmadıqlarını və korporasiyanın “gəncləri dəstəklədiyinə” dair sübutlar təqdim edəcəklərini bildirib. Şirkət rəsmiləri qeyd ediblər ki, “Meta” 2018-ci ildən bəri ABŞ-nin onlarla orta məktəbində yeniyetmələrin onlayn təhlükəsizliyi mövzusunda valideynlər üçün keçirilən seminarlara sponsorluq edib.

Şirkətin vəkili Pol Şmidt iddiaçının psixi sağlamlıq problemlərində “Instagram”ın günahkar olması faktını şübhə altına alıb. O, qızın çətin ailə vəziyyətini əks etdirən sənədləri məhkəməyə təqdim edərək bildirib ki, iddiaçı mövcud problemlərindən qaçmaq və təsəlli tapmaq üçün sosial mediaya müraciət edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv