Xurmanı yeməzdən əvvəl mütləq kəsib yoxlayın

Xurmanı yeməzdən əvvəl mütləq kəsib yoxlayın






presstv

"Presstv"az #Bakteriya, #Sağlam qidalanma, #Xurma, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xurma həm dadlı, həm də faydalı meyvədir. Xüsusilə Ramazan ayında və sağlam qidalanmaya üstünlük verənlər arasında geniş istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, xurmanı yeməzdən əvvəl mütləq kəsib içinə baxmaq lazımdır.

presstvaz xəbər verir ki, xurmalar əsasən isti iqlimə malik ölkələrdə becərilir. Yüksək temperatur və meyvənin tərkibindəki yüksək şəkər miqdarı bakteriya və mikroorqanizmlər üçün əlverişli mühit yarada bilər. Böcəklər və sürfələr bəzən meyvənin içərisinə daxil ola bilir. Xarici görünüş normal olsa da, daxildə çürümə və ya qara toxuma ola bilər.

Keçmişdə bəzi ölkələrdə xurma istehlakı nəticəsində qida zəhərlənmələri hətta hepatit A halları da qeydə alınıb.

Xurmanı necə yoxlamaq lazımdır?

Mütəxəssislər aşağıdakı addımları tövsiyə edirlər:

Mütləq ortadan kəsin. Xarici qabıq aldadıcı ola bilər. Çuxur hissəsini diqqətlə yoxlayın – qara ləkə, torşəkilli quruluş və ya hərəkət edən kiçik hissəciklər varsa, istifadə etməyin.

Kəskin qoxuya diqqət edin. Turş və ya xoşagəlməz qoxu çürümə əlaməti ola bilər.

İstifadədən əvvəl yuyun. Xüsusilə açıq şəkildə satılan məhsulları.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv