Siyasətçilərə süni intellekt qadağası QOYULDU

Siyasətçilərə süni intellekt qadağası QOYULDU






presstv

"Presstv"az #Avropa, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri tətbiq olunub. Qərara əsasən, deputatlara təqdim edilən xidməti planşetlərdə süni intellekt alətlərindən istifadə artıq mümkün olmayacaq.

presstvaz xəbər verir ki, xarici mediaya istinadən verilən məlumata görə, Parlament üzvlərinə təqdim olunan xüsusi planşetlər yalnız rəsmi məqsədlər üçün nəzərdə tutulub. Bu qurğular vasitəsilə daxili məlumat bazalarına daxil olmaq, qanun layihələri üzərində işləmək və səsvermələrdə iştirak etmək mümkündür. Şəxsi cihazların sistemə qoşulmasına isə icazə verilmir.

Bundan əvvəl deputatlara səfərlər zamanı "Faradey çantaları"ndan istifadə etmək və şübhəli Wi-Fi şəbəkələrinə qoşulmamaq tövsiyə olunurdu. Yeni qərarla isə rəqəmsal təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib və neyroşəbəkə əsaslı platformalara çıxış tamamilə bağlanıb.

Ekspertlər bildirirlər ki, Qərb ölkələrində rəsmi sənədlərin hazırlanmasında süni intellekt alətlərindən istifadə geniş yayılıb. Lakin bunun riskləri də mövcuddur. Onların sözlərinə görə, bəzi hallarda mətnlərdə süni intellektin izi açıq şəkildə hiss olunur və bu, sənədin hazırlanmasında insan faktorunun rolunu sual altına ala bilər.

Müşahidəçilər hesab edirlər ki, Avropa Parlamenti rəhbərliyinin bu addımı həm məlumat təhlükəsizliyini gücləndirmək, həm də deputatların peşəkar nüfuzunu qorumaq məqsədi daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv