Azərbaycanda hakimə zor tətbiq edən məşqçi cəzalandırıldı

Azərbaycanda hakimə zor tətbiq edən məşqçi cəzalandırıldı






presstv

"Presstv"az #Audi, #Futbol, #Hakim, #Sabirabad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Region Liqası təmsilçilərindən olan “Sabirabad” klubunun baş məşqçisi Şirxan Əkbərov və komandanın oyunçusu Beyrək Beybutlu səkkiz matç müddətinə diskvalifikasiya olunublar.

presstvaz xəbər verir ki, sözügedən qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul edilib.

Ş.Əkbərovun bu cəzaya məruz qalmasına səbəb, Sabirabadın “Olimpik” komandası ilə oyunu zamanı meydana girərək baş hakimə qarşı fiziki güc tətbiq etməsi olub.

B.Beybutlu isə matçın 83-cü dəqiqəsində rəqibin təhlükəli hücumunu dayandırdığı üçün ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Qırmızı vərəqədən sonra referiyə qarşı fiziki təzyiq (itələmə və dartma halları) göstərdiyi üçün futbolçu növbəti səkkiz qarşılaşmanı buraxmalı olacaq.

Qarşılaşma zamanı meydana kənar şəxsin daxil olması və ədalət təmsilçisinə təzyiq etməsi səbəbindən “Sabirabad” klubuna rəsmi xəbərdarlıq edilib.

Stadionda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil olunmaması (cəmi üç polis əməkdaşının olması) ucbatından 84-cü dəqiqədə dayandırılan görüş, yarımçıq qaldığı vaxtdan etibarən davam etdiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv