Naxçıvanda genişmiqyaslı əməliyyat: Bir ayda 35 cinayətkar saxlanılıb, onlarla silah götürülüb

Naxçıvanda genişmiqyaslı əməliyyat: Bir ayda 35 cinayətkar saxlanılıb, onlarla silah götürülüb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Naxçıvan Muxtar Respublikası, #Odlu silah, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Muxtar Respublikanın daxili işlər orqanları son bir ayın hesabatını açıqlayıb

           Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən presstvaz-a daxil olan məlumata görə, regionda ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində son bir ay ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

Oğurluq edən 19 nəfər ifşa olunub Keçirilən əməliyyatlar nəticəsində ticarət obyektlərindən, mənzillərdən pul, qızıl-zinət əşyaları, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Ümumilikdə isə müxtəlif hüquqazidd əməllər törədən 35 şəxs məsuliyyətə cəlb edilib.

            Narkotik, dələduzluq və qanunsuz ov Narkotik vasitələrin dövriyyəsi, vətəndaşları “işə düzəltmək” adı ilə aldadan dələduzlar və qanunsuz ovla məşğul olan daha 6 nəfər barəsində qanuni tədbirlər görülüb.

Qanunsuz “arsenal” aşkarlandı Polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən xeyli sayda silah-sursat çıxarılıb:

  • 29 ədəd odlu silah;

  • 6 ədəd qaz tapançası;

  • 10 ədəd avtomat darağı;

  • 1 ədəd əl qumbarası;

  • 961 ədəd patron və 4 ədəd süngü bıçağı.

Axtarışda olan 242 nəfər saxlanılıb presstvaz  xəbər verir ki, polis əməkdaşları mülki-hüquqi öhdəliklərdən yayınan və müxtəlif cinayətlərə görə axtarışda olan 242 nəfəri yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

           Vətəndaş müraciətlərinə operativ reaksiya Ay ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olan 2000-dən artıq müraciət operativ cavablandırılıb. Həmçinin, nazirlikdə qəbulda olan 205 vətəndaşın müraciəti qanunvericiliyə uyğun araşdırılaraq həllini tapıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılmış şəxslər barəsində məhkəmə qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv