Rəssam Vüqar Quliyevin “Dönüş nöqtəsi” – Bakıda düşündürən sərgi açılacaq

Rəssam Vüqar Quliyevin “Dönüş nöqtəsi” – Bakıda düşündürən sərgi açılacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #Müharibə, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #Sofiya, #Tayvan, #Təhsil, #Ukrayna, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

21 fevral saat 20:00-da Bakının mərkəzində yerləşən “Nine Senses” incəsənət mərkəzində ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin “Dönüş nöqtəsi” adlı fərdi sərgisi açılacaq.

presstvaz xəbər verir ki, sərginin kuratoru Sofiya Frankdır.

Kurator qeyd edib ki, son illər narahatlıq və sarsıntılar dövrü olub:

“Dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Afrika ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya – zorakılığın coğrafiyası sürətlə genişlənir. “Üçüncü dünya müharibəsi” ifadəsi getdikcə daha çox səslənir və savaşlar yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir”.

“Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an olur ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın yoxa çıxması. Amma bu, həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz “insanlıq” adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli” – konsepsiyada qeyd edilir.

Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır. Bu sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.

Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə V.Quliyev xatirələrimizdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.

Vüqar Quliyev ABŞ-da mükafatlara layiq görülmüş rəssamdır. O, 1984-cü ildə Azərbaycanda anadan olub və yaradıcılıq yoluna uşaqlıqdan başlayıb. 1999-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 2003-cü ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

“Nine Senses”də baş tutacaq sərgi 21 mart tarixinədək davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv