Səhər yeməyi zamanı tez-tez hansı səhvə yol veririk? – Diyetoloqdan xəbərdarlıq

Səhər yeməyi zamanı tez-tez hansı səhvə yol veririk? – Diyetoloqdan xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bir çox insanlar səhər yeməyi zamanı tez-tez rast gəlinən bir səhvə yol verir ki, bu da sağlamlığa öz mənfi təsirini göstərir”.

presstvaz-ın xəbərinə görə, bu barədə diyetoloq Vanessa Leon “Hola” nəşrinə müsahibəsində danışıb.

Vanessa Leonun sözlərinə görə, söhbət qidaların sıralanmasından gedir. Məsələn, bir çoxları bir stəkan təzə sıxılmış portağal suyu, tam taxıl çörəyi və meyvələrdən ibarət səhər yeməyini faydalı hesab edirlər. Lakin belə bir qida qəbulu qanda qlükoza səviyyəsinin qəfil sıçrayışlarına gətirib çıxara bilər, bir neçə saat sonra isə insan yenidən aclıq hiss edəcək.

Bununla bağlı olaraq həkim günə karbohidratlar və şirniyyatlarla deyil, yumurta, vetçina və pendirin tərkibində olan proteinlərlə başlamağı tövsiyə edib.

“Bu qidalar lifli məhsullarla birləşdirilməlidir. Yalnız bundan sonra meyvələrə və şirniyyatlara keçid etmək olar, çünki onların tərkibindəki şəkər mədəyə daxil olduqdan sonra qan dövranına daha yavaş sorulacaq”, – deyə Vanessa Leon qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv