İspaniya “X”, “Meta” və “TikTok” platformalarına qarşı araşdırmalara başlayacaq

İspaniya “X”, “Meta” və “TikTok” platformalarına qarşı araşdırmalara başlayacaq






presstv

"Presstv"az #Araşdırma, #Audi, #İspaniya, #İspaniyanın, #Rusiya, #Sosial şəbəkələr, #Süni intellekt, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İspaniya hökuməti “X”, “Meta” və “TikTok” platformaları ilə bağlı araşdırmanın başlanması üçün Baş Prokurorluğa müraciət etmək niyyətindədir”.

presstvaz-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Nazirlər Şurasının iclasından əvvəl bəyan edib.

Onun sözlərinə görə, bu iclasda süni intellektdən istifadə edilərək uşaq pornoqrafiyasının yaradılması və sosial şəbəkələr vasitəsilə yayılması ehtimalı ilə bağlı ölkənin Baş Prokurorluğa müraciət edilməsi qərarı veriləcək. Sançes bildirib ki, Baş Prokurorluğun nizamnaməsi hökumətə ictimai maraqların qorunması üçün məhkəmə prosesinə başlanması ilə bağlı müraciət etmək imkanı verir.

İspaniya baş nazirinin fikrincə, bu platformalar uşaqların əqli sağlamlığını, ləyaqətini və hüquqlarını təhdid edir:

“Dövlət buna icazə verə bilməz. Bu nəhənglərin cəzasızlığına son qoyulmalıdır”, – deyə Pedro Sançes qeyd edib.

Qeyd edək ki, fevralın əvvəlində İspaniya hökuməti 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrə çıxışını qadağan etmək planlarını açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv