“Grok” qalmaqalı: İlon Maskın “X”ində araşdırma başladıldı

“Grok” qalmaqalı: İlon Maskın “X”ində araşdırma başladıldı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #İlon Mask, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “Grok” çatbotunun qeyri-əxlaqi şəkillər yaratması səbəbindən İlon Maskın “X” platforması barəsində araşdırma başladıb.

presstvaz xəbər verir ki, bu barədə “Euractiv” tənzimləyici orqanın açıqlamasına istinadən məlumat yayıb.

Yoxlama “X”in Avarop İttifaqının (Aİ) Məlumatların Mühafizəsi üzrə Ümumi Reqlamentinin (GDPR) tələblərinə riayət etməsi baxımından aparılır. Tənzimləyicinin bu addımı “X”in Avropa qərargahının İrlandiyada yerləşməsi və qurumun Aİ-də platforma üçün aparıcı tənzimləyici rolunu oynaması ilə əlaqədardır.

“Yanvarın sonunda Avropa Komissiyası insanların fotolarını redaktə etməyə və erotik dipfeyklər, o cümlədən “rəqəmsal soyundurma” effekti ilə və ya açıq-saçıq pozalarda yaratmağa imkan verən süni intellekt aləti səbəbindən “Grok” barəsində araşdırma başladıb”, – deyə Avropa Parlamentinin üzvü Regina Doherti bildirib.

Məlumata görə, “Grok” bəzi hallarda yarıçılpaq qadın və yeniyetmələrin təsvirlərini yarada bilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv