Bakıda dayanacaqda unudulan çanta oğurlandı: Polis əməliyyat keçirdi

Bakıda dayanacaqda unudulan çanta oğurlandı: Polis əməliyyat keçirdi






presstv

"Presstv"az #Araşdırma, #Avto, #avtobus, #Azərbaycan, #Hadisə, #Nəsimi Rayon Polis İdarəsi, #Nəsimi Rayonu, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nəsimi və Sabunçu rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb

       Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, paytaxtın müxtəlif rayonlarında vətəndaşların əmlakını gizli yolla talayan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə cinayət faktının üstü açılıb.

Dayanacaqda unudulan qızıllar Nəsimi rayonu, Moskva prospektində yerləşən avtobus dayanacağında sərnişinlərdən biri avtobusa minərkən çantasını ehtiyatsızlıqdan dayanacaqda unudub. Fursetdən istifadə edən naməlum şəxs çantadakı 1200 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

       presstvaz  xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Yeni Ramanada ev oğurluğu Polis əməkdaşlarının keçirdiyi digər bir əməliyyat isə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş tutub. Qəsəbədəki evlərin birindən:

  • 2 ədəd televizor;

  • 1 ədəd samovar;

  • Qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı keçirilən tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov saxlanılaraq istintaqa təhvil veriliblər.

       Hər iki fakt üzrə polis idarələrində araşdırmalar davam etdirilir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv