Avstraliya hökuməti İŞİD-lə əlaqəli şəxslərin ölkəyə qayıtmasına icazə verməyəcək

Avstraliya hökuməti İŞİD-lə əlaqəli şəxslərin ölkəyə qayıtmasına icazə verməyəcək






presstv

"Presstv"az #Audi, #Avstraliya, #Hakim, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyanın Baş naziri Entoni Albaneze İŞİD terror təşkilatı ilə əlaqəsi olan ölkə vətəndaşlarının geri qaytarılması üçün dövlət dəstəyi ehtimalını qəti şəkildə rədd edib.

presstvaz xəbər verir ki, bu barədə “The Australian” nəşri məlumat yayıb.

Hökumət başçısı vurğulayıb ki, rəsmi Kanberra vaxtilə İŞİD-ə dəstək verən və hazırda geri qayıtmaq istəyən vətəndaşlara qarşı “heç bir rəğbət hissi keçirmir”.

“Bu şəxslər İŞİD-ə dəstək məqsədilə xaricə yollanıblar. Biz onlara yardım və ya repatriasiya prosesini təşkil etməyəcəyik. Əgər həmin şəxslərdən kimsə müstəqil şəkildə Avstraliyaya qayıtmaq istəsə, dərhal ölkə qanunlarının ən sərt maddələri ilə cinayət məsuliyyətinə cəlb ediləcəklər”, – deyə baş nazir bildirib.

Qeyd olunur ki, Roj düşərgəsində saxlanılan və 34 nəfərdən ibarət olan bu qrupa İŞİD döyüşçülərinin həyat yoldaşları, dul arvadları, həmçinin həbs edilən və ya ölən yaraqlıların övladları daxildir. Onların böyük hissəsi 2019-cu ildən bəri düşərgə həyatı yaşayır, uşaqların bəziləri isə orada dünyaya gəlib. Həmin şəxslər düşərgə hüdudlarından kənara çıxmayıblar.

Artıq altı ildir ki, Avstraliya hakimiyyəti saxlanma şəraitinin həyati təhlükə daşıdığını əsas gətirərək qadın və uşaqların Suriyadan repatriasiyasını tələb edən insan hüquqları təşkilatları və qohumların təzyiqləri ilə razılaşmır.

Roj düşərgəsində ümumilikdə 40 müxtəlif ölkədən olan 2 000-dən çox şəxs, əsasən qadın və uşaqlar saxlanılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv