“Barselona”nın oyununda qalmaqal: Yamal rəqib oyunçuya hücum edib

“Barselona”nın oyununda qalmaqal: Yamal rəqib oyunçuya hücum edib






presstv

"Presstv"az #Audi, #Hakim, #İspaniya, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona” klubunun və İspaniya milli komandasının gənc ulduzu Lamin Yamalla ona qarşı sərt oyun nümayiş etdirən “Jirona”nın yarımmüdafiəçisi Joel Roka arasında münaqişə yaranıb və bu zaman gərgin anlar yaşanıb.

presstvaz xəbər verir ki, matçın əlavə olunmuş 90+9-cu dəqiqəsində meydandakı qalmaqaldan sonra kütləvi dava baş verib.

Kobud qayda pozuntusundan dərhal sonra ayağa qalxan Yamal, sağlamlığına ciddi zərər vura biləcək təhlükəli müdaxiləyə görə Rokaya sərt reaksiya verib və onun üzərinə gedib. “Barselona”nın hücumçusunu sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq üçün komanda yoldaşları bir neçə dəfə müdaxilə etməli olublar. Epizodun yekununda hakim Joelə birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Xatırladaq ki, sözügedən qarşılaşmada Yamal təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşma “Jirona” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv