Ermənistanda qalmaqallı məhkəmə: Keçmiş komandir Müdafiə Nazirliyinə kələk gəldi

Ermənistanda qalmaqallı məhkəmə: Keçmiş komandir Müdafiə Nazirliyinə kələk gəldi






presstv

"Presstv"az #Audi, #Ermənistan, #İrəvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin keçmiş komandirinə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.

presstvaz-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, məmur mənzilə ehtiyac duyduğu görüntüsü yaratmaq üçün özünə məxsus daşınmaz əmlakını rəsmi olaraq özgəninkiləşdirib və mənzil komissiyasına yalan məlumat təqdim edib. Nəticədə 2019-cu ildə ona İrəvanda 21.4 milyon dram (təxminən 97 000 manat – red.) dəyərində mənzil pulsuz verilib.

Keçmiş komandirə qarşı irəli sürülən ittiham üzrə ona dörd ildən səkkiz ilə qədər həbs cəzası nəzərdə tutulur.

İlkin istintaq başa çatıb və ittiham aktını ehtiva edən materiallar korrupsiyaya qarşı mübarizə məhkəməsinə göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv