Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK

Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK






presstv

"Presstv"az #Azərbaycan, #Novruz bayramı, #Su çərşənbəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq.

presstvaz xəbər verir ki, xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır.

Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə – təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir.

Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə, “təzə su”dan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olur; su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur, dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təamlar əlavə olunur.

Qeyd edək ki, Fevralın 24-də ilk – Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq./Metbuat.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv