“Sabah”ın baş məşqçisi: “Qəbələ” bu gün bir xala layiq idi”

“Sabah”ın baş məşqçisi: “Qəbələ” bu gün bir xala layiq idi”






presstv

"Presstv"az #Audi, #Bakı, #Futbol, #Mətbuat konfransı, #Premyer Liqası, #Qəbələ, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Misli Premyer Liqasının XX turunda “Sabah”la qarşılaşan “Qəbələ” 1 xala layiq idi”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Yaxşı oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” həqiqətən də çox yaxşı komandadır və onların çıxışında məşqçi əməyi aydın hiss olunur. Düşünürəm ki, bu kollektiv turnir cədvəlində daha yüksək pillələrə layiqdir. Matça istədiyimiz tempdə başlamaq və planlaşdırdıqlarımızı meydanda həyata keçirmək üçün bizə 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiə xəttini yarmaq asan deyildi. Birinci hissədə əsasən bir real qol imkanımız oldu. Fasilədən sonra müəyyən taktiki düzəlişlər etdik və xüsusilə ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Bunun nəticəsində hesabı açdıq. Hətta ikinci qolu vurmaq üçün də imkanımız vardı.

Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. “Qəbələ” son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı “Kəpəz”lə oyuna yönəltməliyik”.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” matçı qonaq komandanın 0:1 hesablı qələbəsi ilə bitib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv