Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Süni intellekt, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova və “Ironhack” şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda bildirilib ki, proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi hədəflənir.

Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb-proqramlaşdırma və “DevOps” istiqamətlərini əhatə edir. Tədris hibrid təhsilalma formasında təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər keçəcəklər. “Bootcamp” modelində nəzərdə tutulan tədris prosesi tələbələrə real layihələr üzərində işləmək və peşəkar portfel formalaşdırmaq imkanı yaradacaq.

Bununla yanaşı, proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Proqram 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə ümumilikdə 6 ay davam edəcək. Bu müddət tələbələrin ali təhsil müəssisələrindəki bakalavr təhsilinin bir hissəsi hesab olunacaq və iştirakçıların müvəffəqiyyət göstəriciləri (akademik kreditləri) universitetlər tərəfindən tanınacaq. Beləliklə, tələbələr digər fənlərdən azad olunaraq yalnız bu tədris proqramına fokuslana biləcəklər.

Qeyd edək ki, qlobal texnologiya tədris şirkəti olan “Ironhack” 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günədək 25 000-dən çox mütəxəssis yetişdirən şirkətin məzunlarının 75%-i proqramı bitirdikdən sonra işlə təmin olunub. Hazırda həmin məzunlar 800-dən çox qlobal şirkətdə fəaliyyət göstərirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv