Bakı DYP-dən sürücü və piyadalara müraciət: “Dumanlı hava təhlükə yaradır”

Bakı DYP-dən sürücü və piyadalara müraciət: “Dumanlı hava təhlükə yaradır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İdarənin Mətbuat Xidməti hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırdı

          Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xüsusi müraciət ünvanlanıb.

Məlumatda bildirilir ki, duman digər hərəkət iştirakçılarının, yol nişanlarının və nişanlama xətlərinin aydın görünməsinə ciddi maneə yaradır. Bu səbəbdən sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

          presstvaz  xəbər verir ki, müraciətdə piyadalara da xüsusi xəbərdarlıq edilib. Piyadalar dumanlı havada sürücülərin yolun hərəkət hissəsini görməkdə çətinlik çəkdiklərini nəzərə almalı və yola çıxarkən maksimum məsuliyyət nümayiş etdirməlidirlər. Bakı Şəhər DYP İdarəsi hər bir hərəkət iştirakçısını yollarda diqqətli olmağa səsləyir.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv