Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #Hadrut, #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar ailələrə təqdim edilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.

Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. Açarlar ailələrə təqdim edilib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfər, Qırmızı Bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfər köçürülüb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib

Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv