WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bələdiyyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda baş tutacaq dünyanın ən nüfuzlu şəhərsalma sərgisi üçün müraciətlərin qəbulu davam edir.

presstvaz xəbər verir ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün son müraciət tarixi 31 martdır.

İştirak ərizələri onlayn şəkildə qəbul olunur və “ilk müraciət edənə üstünlük” prinsipi əsasında nəzərdən keçirilir. Bu baxımdan, sərgidə iştirak üçün erkən müraciət etmək tövsiyə olunur. Qeyd edək ki, hər kateqoriya üzrə yalnız bir müraciət məqbul sayılır.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq.

35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək.

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya unhabitat-events@un.org elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv