Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI






presstv

"Presstv"az #Abşeron rayonu, #Ailə, #Araşdırma, #Audi, #Cinayət işi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Barəsində cinayət işi başlanılmış “Qurtuluş” Reabilitasiya Mərkəzi fəaliyyətini dayandırıb.

presstvaz-ın məlumatına görə, mərkəzin Sumqayıt şəhərinin Corat qəsəbəsi, Qurd dərəsi yaşayış massivi və Abşeron rayonunun Novxanı qəsəbəsində olan müalicə korpusları rəsmən fəaliyyətini dayandırıb.

Müəssisədə müalicə olunan şəxslərin hamısı ailələrinə təhvil verilib, korpusların yerləşdiyi hər 3 binaya giriş qadağan edilib.

Xatırladaq ki, bir müddət əvvəl “Qurtuluş” reabilitasiya mərkəzi barədə daxil olan valideyn müraciəti əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Araşdırmalar zamanı mərkəzdə xəstələrin qanunsuz saxlanılması və işgəncə verilməsi faktları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Başlanılmış cinayət işi üzrə mərkəzin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv