Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT – ÖZƏL

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT – ÖZƏL






presstv

"Presstv"az #Audi, #Bakı, #Direktorların işə qəbulu, #Orta məktəb, #Sabunçu rayonu, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib.

presstvaz-ın məlumatına görə, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub.

Məlumat üçün bildirək ki, A.Həsənova 1987-ci il sentyabrın 17-də Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya gəlib. O, ali təhsilini Bakı Dövlət Universitetində alaraq, 2009-cu ildə Biologiya fakültəsindən məzun olub.

Pedaqoji karyerasına 2009-cu ildə Zəngilan rayonu 37 nömrəli tam orta məktəbdə başlayan A.Həsənova, 2016-cı ildən etibarən fəaliyyətini Bakı şəhərindəki 322 nömrəli tam orta məktəbdə davam etdirib.

2022-ci ildə o, Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

A.Həsənova direktorların işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.

Qeyd edək ki, 155 nömrəli tam orta məktəbin sonuncu direktoru Ruhiyyə İbrahimova 2024-cü ilin sentyabr ayında Bakı şəhəri 112 nömrəli tam orta məktəbə rəhbər təyin edilib.

Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT - ÖZƏL


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv