Xeyriyyəçi şəxsin villası külə döndü: Ağstafadakı yanğının TƏFƏRRÜATI – VİDEO

Xeyriyyəçi şəxsin villası külə döndü: Ağstafadakı yanğının TƏFƏRRÜATI – VİDEO






presstv

"Presstv"az #Ağstafa, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Qazax, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağstafa rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Belə ki, kənd sakini Mahir Kərim oğlu Xanəhmədova məxsus üçmərtəbəli villa axşam saatlarında qəfil alovlanıb.

Hadisəni görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat veriblər.

Ümumi sahəsi 500 kvadratmetr olan yaşayış evində yanğın qısa müddətdə şiddətləndiyi üçün əraziyə Ağstafa ilə yanaşı, qonşu Qazax və Tovuz rayonlarından da yanğınsöndürən briqadalar cəlb olunub. Sakinlərin sözlərinə görə, ev sahibi uzun müddətdir Rusiyada yaşadığından hadisə zamanı evdə kimsə olmayıb.

Kənd sakinləri yanan mülkün sahibi haqqında müsbət fikirlər səsləndirərək, onun xeyriyyəçi olduğunu bildiriblər:

“Bu ev kəndin girişində bir gözəllik idi. Sahibi Mahir çox yaxşı adamdır, xəstəyə, darda qalana kömək edən biridir. Təəssüf ki, mülkü tamamilə yararsız hala düşdü”.

Mütəxəssislərin ilkin ehtimallarına görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv