Ən soyuq və ən isti nöqtələr açıqlandı: Fərq 100 dərəcəyə yaxındır

Ən soyuq və ən isti nöqtələr açıqlandı: Fərq 100 dərəcəyə yaxındır






presstv

"Presstv"az #Audi, #Niger, #Planet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın “Vostok” stansiyasında ötən sutka ərzində planet üzrə ən aşağı hava temperaturu qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə TASS-a Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son 24 saat ərzində ən aşağı temperatur – mənfi 55,8 dərəcə Antarktidada yerləşən “Vostok” stansiyasında qeydə alınıb.

Sutka ərzində dünyanın ən soyuq üç məntəqəsindən digər ikisi də Rusiyaya məxsus olub. Çukotkanın İlirney kəndində termometrlər mənfi 52 dərəcəni göstərib. Yakutiyanın Oymyakon kəndində yerləşən meteoroloji stansiyada isə hava temperaturu mənfi 48,9 dərəcə təşkil edib.

Ötən sutkada planetin ən isti nöqtəsinə gəlincə, birincilik Qahirə hava limanına məxsus olub. Burada hava temperaturu müsbət 42 dərəcəyə qədər yüksəlib.

Eyni temperatur göstəricisi ilə Mozambikin Beyra şəhəri dünyanın ən isti ikinci yeri olub. İlk üçlüyü isə Nigerin paytaxtı Niameydə yerləşən hava limanı tamamlayıb. Burada hava temperaturu müsbət 40,7 dərəcəyə çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv