ABŞ mütəxəssisləri Norveçə niyə getdilər? – Şübhəli qurğu araşdırılır

ABŞ mütəxəssisləri Norveçə niyə getdilər? – Şübhəli qurğu araşdırılır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avstriya, #Çin, #Kuba, #Norveç, #Rusiya, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin hərbi mütəxəssisləri Norveçdə “Havana sindromu”na bənzər simptomlar yarada bilən xüsusi qurğunu tədqiq ediblər.

presstvaz xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ildə insan beyninin impulsiv enerji silahı ilə zədələnməsi ehtimalına şübhə ilə yanaşan norveçli tədqiqatçı analoji bir cihaz hazırlayıb və onun təsirini öz üzərində sınaqdan keçirib. Eksperiment nəticəsində onda “Havana sindromu”nu xatırladan nevroloji simptomlar üzə çıxıb.

“2024-cü ildə Pentaqon nümayəndələrindən ibarət heyət bu qurğunu öyrənmək üçün Norveçə səfər edib. Həmin ilin dekabrında isə xüsusi xidmət orqanlarının və Ağ Ev administrasiyasının mütəxəssislərindən ibarət qrup da məsələni müzakirə etmək məqsədilə Norveçə gəlib”, – deyə qəzet yazır.

Nəşr vurğulayır ki, qurğunun konstruksiyasının əsasını adı açıqlanmayan dövlət qurumunda çalışan norveçli alimin əldə etdiyi məxfi məlumatlar təşkil edib. Ehtimala görə, bu məlumatlar naməlum bir ölkənin hökumətindən oğurlanmış materiallardan götürülüb.

Başgicəllənmə, ürəkbulanma, baş ağrısı və eşitmə problemləri ilə müşayiət olunan “Havana sindromu” ilk dəfə 2016-2017-ci illərdə Kubada amerikalı diplomatlarda, daha sonra isə 2018-ci ildə Çində qeydə alınıb. KİV-də ABŞ diplomatları, kəşfiyyat əməkdaşları və digər dövlət qulluqçuları arasında Avstriya, Afrika ölkələri, Tacikistan və Rusiya da daxil olmaqla müxtəlif ölkələrdə oxşar halların baş verdiyi barədə məlumatlar yayılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv