İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab – VİDEO

İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab – VİDEO






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Hakim, #İlham Əliyev, #Konstitusiya Məhkəməsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində ermənistanlı gənc lider Stefan Safaryan Prezident İlham Əliyevə sual ünvanlayıb. O, Ermənistanın “Sülh kəsişməsi” layihəsinin əhəmiyyətindən və Konstitusiya məsələsindən danışıb.

presstvaz xəbər verir ki, S.Safaryanın Ermənistan Konstitusiyasındakı ərazi iddialarına bəraət qazandırmaq cəhdi ilə bağlı sualına Prezident İlham Əliyev belə cavab verib:

“Ermənistan Konstitusiyasının hüquqi məsələsinə gəldikdə, çox təfərrüata varmaq istəməzdim. Amma sizin şərhiniz məni sadəcə onu deməyə məcbur etdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin Konstitusiyanızın bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir. Gəlin indi, tədbir bitməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var. “Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv