Avropa İttifaqında yeni dövr: Ölkələr inteqrasiyanı seçəcək

Avropa İttifaqında yeni dövr: Ölkələr inteqrasiyanı seçəcək






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Belçika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikada keçirilən qeyri-rəsmi sammitdə Avropa İttifaqı (Aİ) liderləri üzv ölkələrə inteqrasiya layihələrində könüllü iştirak imkanı verən “Müxtəlif sürətli Avropa” modelinə keçidlə bağlı razılığa gəliblər.

presstvaz xəbər verir ki, bu barədə “Politico” yazıb.

Hazırda Aİ-də əsas qərarlar yekdilliklə qəbul olunur və bu geniş islahatları çətinləşdirir. Yeni model isə ölkələrə istədikləri layihələrə qoşulmaq imkanı verir və ittifaq daxilində fərqli inteqrasiya səviyyələrinin yaranmasını nəzərdə tutur.

Limburqda keçirilən görüşdə geosiyasi gərginliklər fonunda iqtisadi artım məsələləri müzakirə olunub, könüllü inteqrasiya təşəbbüsü dəstəklənib.

Avropa Komissiyası martda təqdim ediləcək islahat planı hazırlayır. Sənəddə qaydaların sadələşdirilməsi, startapların maliyyələşdirilməsi, ortaq kapital bazarının yaradılması və şirkətlərin 48 saat ərzində onlayn qeydiyyatı kimi tədbirlər yer alacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv