Rusiyanın neft nəhəngi ilə riskli anlaşma – “LUKOIL”un aktivlərini hansı şirkət alır?

Rusiyanın neft nəhəngi ilə riskli anlaşma – “LUKOIL”un aktivlərini hansı şirkət alır?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Lukoil, #Maliyyə Nazirliyi, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının “Midad Energy” şirkətinin “LUKOIL”un xarici aktivlərini əldə etmək üçün niyyət müqaviləsi imzaladığı məlum olub.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında yanvarın sonunda əldə edilmiş anlaşma satışa çıxarılan bütün aktivləri əhatə edir.

Ərəbistan şirkəti ABŞ Maliyyə Nazirliyi də daxil olmaqla, tənzimləyici orqanlardan lazımi təsdiqlərin alınmasına qədər “LUKOIL”un pulunu nağd şəkildə ödəməyə və vəsaitləri xüsusi əmanət hesabına yerləşdirməyə razılıq verib.

Agentliyin mənbələrindən biri şirkətin bütün tənzimləyici tələblərə cavab vermək üçün çalışdığını bildirib.

O qeyd edib ki, təklif Səudiyyə Ərəbistanının güclü siyasi əlaqələrinə əsaslanaraq yüksək riskli bir addım kimi qəbul olunur.

Xatırladaq ki, ABŞ-nin 2025-ci ilin oktyabr ayında sözügedən Rusiya şirkətinə və onun törəmə qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra “LUKOIL” xarici aktivlərini satmaq qərarına gəlib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi bu aktivlərin satışına icazə verən lisenziyanı iki dəfə, sonuncu dəfə isə fevralın 28-nə qədər uzadıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv