Fransada qar uçqunu təhlükəsi: Ən yüksək risk səviyyəsi tətbiq edildi

Fransada qar uçqunu təhlükəsi: Ən yüksək risk səviyyəsi tətbiq edildi






presstv

"Presstv"az #Audi, #Fransa, #Qar uçqunu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın milli meteorologiya xidməti olan “Météo-France”, ölkənin şərqində yerləşən Savoya (Savoie) departamentində qar uçqunu təhlükəsi ilə bağlı ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, xidmətin rəsmi açıqlamasında deyilir: “Cümə axşamı Haute-Tarantise bölgəsində və Monblan (Mont Blanc) dağı yaxınlığında ekstremal uçqun vəziyyəti müşahidə olunur”.

Məlumata görə, bölgədə qar yağışının intensivliyi getdikcə artacaq. “Ici” radiostansiyası qeyd edir ki, Savoya regionunda qar uçqunu riski səbəbindən “qırmızı” həyəcan səviyyəsi sonuncu dəfə 17 il əvvəl tətbiq olunub.

Mütəxəssislər ekstremal hava şəraiti ilə əlaqədar yerli sakinləri və turistləri ehtiyatlı olmağa, dağlıq ərazilərə səfərlərdən çəkinməyə çağırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv