Gürcüstan 6 ildən köhnə avtomobillərin idxalını qadağan etməyi planlaşdırır

Gürcüstan 6 ildən köhnə avtomobillərin idxalını qadağan etməyi planlaşdırır






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avto, #avtomobillər, #Azərbaycan, #Dollar, #Gürcüstan, #İrakli Kobaxidze, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan hökuməti parlamentə 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsini qadağan edən qanun layihəsini təqdim edib.

presstvaz xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.

Baş nazir bildirib ki, müəyyən kiçik istisnalar nəzərdən keçiriləcək, lakin əsas məqsəd ekologiyanın qorunması, insanların sağlamlığı və əhalinin rahat hərəkətinin təmin edilməsidir. Kobaxidze qeyd edib ki, idxalın məhdudlaşdırılması təşəbbüsü Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülüb.

Kobaxidze həmçinin bildirib ki, son illərdə Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin artıb. “2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idisə, 2025-ci ildə bu rəqəm 2 milyonu keçib. Nəqliyyat vasitələrinin sayının artması tıxaclara və ekoloji problemlərə səbəb olur. Bu səbəbdən tədbirlər görülməlidir”, – deyə baş nazir vurğulayıb.

Qeyd edilib ki, minik avtomobillərinin idxalı və ixracı Gürcüstanın xarici ticarətində ilk sırada yer alır. 2025-ci ildə ölkə 3.87 milyard dollar dəyərində minik avtomobili idxal edib ki, bu da 2024-cü illə müqayisədə 11.5% çoxdur və ümumi idxalın 20.9%-ni təşkil edir. Eyni zamanda, reeksport 16% artaraq 2.8 milyard dollara çatıb və ölkə ixracının 38%-dən çoxunu təşkil edib.

Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan, reeksportun əsas istiqamətləri isə Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv