Suriya ordusu “Ət-Tanf” hərbi bazasını nəzarətə götürdü

Suriya ordusu “Ət-Tanf” hərbi bazasını nəzarətə götürdü






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dəməşq, #İraq, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya silahlı qüvvələri ABŞ-nin öz qüvvələrini çıxardığı Qərb koalisiyasına məxsus “Ət-Tanf” hərbi bazasının ərazisini nəzarət altına alıb.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin keçid hökumətinin Müdafiə Nazirliyidən məlumat verilib.

“Suriya və ABŞ tərəfləri arasında koordinasiya əsasında Suriya ərəb ordusunun bölmələri “Ət-Tanf” bazası üzərində nəzarəti, eləcə də baza ərazisi və ətrafının təhlükəsizliyinin qorunmasını qəbul ediblər”, – deyə məlumatda bildirilib.

Nazirlik, həmçinin qeyd edib ki, Suriya hökumət qüvvələri “Ət-Tanf” səhrasında, Suriya-İraq-İordaniya sərhəd xətti boyunca mövqe tutmağa başlayıblar.

Suriya, İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən “Ət-Tanf” bazası 2014-cü ildə ABŞ rəhbərliyindəki Qərb koalisiyası tərəfindən İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə yaradılıb. Bu baza strateji əhəmiyyətli Dəməşq-Bağdad magistralına nəzarət imkanı yaradırdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv