“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsim mərasimi olub

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsim mərasimi olub






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.

Bu barədə presstvaz-a “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran emalatxanasında toxunub.

Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim prosesində Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.

Xatırladaq ki, “Qarabağ” qrupuna aid olan və “Xətai” xalçasının elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Toxunma prosesində 150 toxucu xanım tərəfindən təxminən 60 milyon ilmə atılıb. Möhtəşəm əsərin toxunmasına 2024-cü il dekabrın 16-da başlanılıb.

Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda dəzgah sifariş edilib. İki mərtəbədən ibarət bu dəzgah xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında “Azərxalça” ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasının kəsim mərasimindən görüntülər paylaşıb.

presstvaz həmin görüntüləri təqdim edir:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv