“Barselona” azərbaycanlı qolkiperini icarəyə yolladı

“Barselona” azərbaycanlı qolkiperini icarəyə yolladı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Fransa, #Futbol, #İspaniya, #İspaniyanın, #Neftçi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Barselona” futbol klubunun B komandasının şərəfini qoruyan istedadlı azərbaycanlı qapıçı Eldar Tağızadə karyerasında yeni səhifə açaraq icarəyə yollanıb.

presstvaz xəbər verir ki, 22 yaşlı qolkiper mövsümün qalan hissəsini Sloveniya çempionatında keçirəcək və “Kety Bistrica” klubunun uğurları üçün çalışacaq.

Gənc qapıçı öz seçimini əsaslandırarkən bu ölkənin zəngin qapıçı ənənələrinə diqqət çəkib:

“Mən Sloveniyanı seçdim, çünki dünyanın ən yaxşıları arasında olan Samir Handanoviç və Yan Oblak kimi qapıçıları izləyirəm. Mən, həmçinin Sloveniya qapıçı məktəbini çox bəyənirəm. Artıq İspaniya və Fransada oynamışam, fərqli məşq yanaşmalarını bilirəm və burada hələ də inkişaf edə biləcəyimi hiss edirəm. Mən Sloveniyanı bir ölkə və futbol mühiti kimi çox bəyənirəm”.

Xatırladaq ki, Eldar Tağızadə 2024-cü ildə Kataloniya nəhənginin əvəzedici heyəti olan “Barselona Atletik”ə transfer olunub. Perspektivli qapıçı ilə imzalanmış müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. “Neftçi” futbol məktəbinin yetirməsi olan Eldar bundan əvvəl “Klermon” U-19, “Luqo” və “Tudelano” kimi klublarda təcrübə toplayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv