Messinin zədəsinə görə “İnter Mayami”nin matçının tarixi dəyişdirildi

Messinin zədəsinə görə “İnter Mayami”nin matçının tarixi dəyişdirildi






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Audi, #Fransa, #Futbol, #İnter Mayami, #İspaniya, #İspaniyanın, #Lionel Messi, #Paris, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “İnter Mayami” komandası ulduz futbolçusu Lionel Messinin zədə alması səbəbindən Ekvador təmsilçisi “İndependiente del Valle” ilə yoldaşlıq görüşünü təxirə salıb.

presstvaz xəbər verir ki, bu haqda klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Argentina millisinin kapitanı fevralın 8-də Ekvadorun “Barselona” klubu ilə keçirilən yoldaşlıq matçında (2:2) zədələnib.

“Çox təəssüf ki, son oyunda əzələlərimdə narahatlıq hiss etdim. Sizinlə görüşməyi çox istəyirdik, buna görə də klub rəhbərliyi ilə birlikdə Puerto Rikoya gəlib oynaya bilməyim üçün alternativ tarix axtarışına çıxdıq. “İnter Mayami”nin oyunlarını izləmək üçün necə böyük həvəs göstərdiyinizi bilirik və bunun ən qısa zamanda reallaşması üçün əlimizdən gələni edəcəyik”, – deyə Messi bildirib.

Qeyd edək ki, “İnter Mayami” və “İndependiente del Valle” arasındakı qarşılaşmanın fevralın 14-ü keçirilməsi planlaşdırılırdı. Dəyişiklikdən sonra matçın yeni tarixi 26 fevral olaraq təyin edilib.

Qeyd edək ki, hazırda 38 yaşı olan Messi karyerasının ən uzun dövrünü İspaniyanın “Barselona” klubunda keçirib. Daha sonra Fransanın “Paris Sen-Jermen” (PSJ) klubunda çıxış edən ulduz futbolçu 2023-cü ilin yayından etibarən “İnter Mayami”nin şərəfini qoruyur. Səkkizqat “Qızıl top” sahibi olan Messi, Argentina yığması ilə 2022-ci il Dünya Çempionatının, 2022-ci il Finalissimanın, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv