Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb

Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

presstvaz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə bir və tam orta təhsil səviyyəsi üzrə bir şagird olmaqla, ümumilikdə iki şagird uğur əldə edib. Müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarımilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirmək imkanı qazanıblar.

Qeyd edilib ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında Bakıdakı keçirilən imtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 10 şagird biliklərini nümayiş etdirib.

Məlumatda bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv