Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarix açıqlandı

Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarix açıqlandı






presstv

"Presstv"az #Audi, #Qazax, #Qazaxıstan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə referendum martın 15-də keçiriləcək.

presstvaz Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Vətəndaşlar səsvermədə aşağıdakı suala münasibət bildirəcəklər: “Siz Qazaxıstan Respublikasının 12 fevral 2026-cı il tarixdə kütləvi informasiya vasitələrində dərc olunmuş yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?”

Yeni konstitusiya layihəsi yanvarın 31-də dərc olunmuşdu. İslahatın əsas məqamı Tokayevin ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid təşəbbüsü olub.

Layihəyə əsasən, birpalatalı parlament beş il müddətinə seçilən 145 deputatdan ibarət qurultay olacaq. Həmçinin vitse-prezident institutunun tətbiqi və qanunvericilik təşəbbüsü hüququna malik ümummilli dialoq platformasının yaradılması nəzərdə tutulub.

Bundan əlavə, konstitusiya din və dövlətin dəqiq ayrılmasını təsbit edir, təhsil və tərbiyə sisteminin dünyəvi xarakterini təsdiqləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv