Koxalski “Qarabağ”dan getmək istəyirmiş – “Buraxmadılar”

Koxalski “Qarabağ”dan getmək istəyirmiş – “Buraxmadılar”






presstv

"Presstv"az #Ailə, #Bakı, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qarabağ"ın qapıçısı Mateus Koxalski qış "transfer pəncərəsi"ndə komandadan ayrılmaq istəyirmiş.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qolkiper özü Polşa mətbuatına müsahibəsində məlumat verib. 

O, bildirib ki, Polşanın "Vidzev" (Lodz) klubundan gələn təklifi dəyərləndirmək niyyətində olub: 

"Vidzev"dən təklif var idi və mən onlara razılıq vermişdim. Bakı idman baxımından yaxşıdır, amma ailəmdən uzaq olmaq psixoloji cəhətdən çətindir. Ailə mənim üçün hər şeydən önəmlidir. ÇL-dən imtina edib Ekstraklasaya qayıtmağa hazır idim. Bunu psixoloji sağlamlığım üçün edəcəkdim. Amma "Qarabağ" buraxmadı. Mənim komandada vacib rolum var deyə saxladılar".

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv