"Google Gemini" artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır

"Google Gemini" artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır






presstv

"Presstv"az #Azərbaycan, #Google, #Süni intellekt, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Google" şirkətinin süni intellekt platforması "Gemini" artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.

presstvaz-ın məlumatına görə, bu barədə "YouTube"un Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.

Məlumata əsasən, Azərbaycan dilində təqdimat "Gemini 3" erasının – şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.

"Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir, həmçinin mobil cihazlarda ("Android" və "iOS") tam dəstək və real vaxt rejimində danışıq imkanı yaradan "Gemini Live" funksiyası mövcuddur.

Cavid Aslanov bildirib ki, istifadəçilər üçün "Nano Banana" və "Veo" kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı, məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan dilində istifadəyə verilib.

"Canvas" istifadəçilərə yazı və proqramlaşdırma üçün xüsusi iş mühiti təqdim edərək mürəkkəb layihələr üzərində "Gemini" ilə paralel işləməyə imkan yaradır. "Deep Research" müxtəlif mənbələrdən məlumatları təhlil və sintez edərək geniş hesabatlar hazırlayır. "Guided Learning" isə sistemi fərdiləşdirilmiş müəllim formatına çevirərək mövzuların addım-addım izahı və interaktiv testlər vasitəsilə öyrənilməsini təmin edir.

"Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına töhfə verəcək", – deyə Cavid Aslanov vurğulayıb.

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv