Avropa seçim qarşısında: Rusiyanın enerjisi, yoxsa Ukraynanın təhlükəsizliyi?

Avropa seçim qarşısında: Rusiyanın enerjisi, yoxsa Ukraynanın təhlükəsizliyi?






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Kiyev, #Müharibə, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyanın neft və qazından mərhələli şəkildə imtina qərarı Ukrayna müharibəsindən sonra qlobal enerji siyasətində mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu addım həm Moskvanın enerji gəlirlərini məhdudlaşdırmaq, həm də Avropanın uzun illər formalaşmış enerji asılılığını aradan qaldırmaq məqsədi daşıyır.

Bununla belə, qərarın iqtisadi nəticələri, xüsusilə enerji qiymətlərinin artması və sənaye sektoruna təsiri ilə bağlı müzakirələr davam edir.

presstvaz bildirir ki, mövzu ilə bağlı Oxu.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Avropanın məlum qərarı həm də Rusiyaya qarşı sanksiyaları gücləndirməyə xidmət edir:

Avropa seçim qarşısında: Rusiyanın enerjisi, yoxsa Ukraynanın təhlükəsizliyi?

“Bu qərarın arxasında eyni zamanda, enerji təhlükəsizliyini diversifikasiya etmək, yəni Rusiyadan gələn tədarükü alternativ mənbələrlə əvəzləmək niyyəti dayanır.

İndiki halda Rusiyanın neft və qazından imtinanın Avropaya çətinliklər yaratmasına dair iddialar isə əsasən alternativ enerji tədarükünün, məsələn, LNG idxalı və bərpa olunan enerji layihələrinin baha başa gəlməsi ilə bağlıdır. Xüsusilə də qış aylarında – yüksək tələbat dövrlərində enerji qiymətləri artır, inflyasiya yüksəlir, sənaye istehsalı məhdudlaşır və nəticədə istehlakçı xərcləri artım olur. Bu isə Avropada iqtisadi yavaşlama və sosial narazılıqlarla nəticələnir.

Lakin Ukrayna müharibəsi baxımından Avropanın bu addımı Kiyev üçün strateji üstünlük yaradır. Enerjiyə olan asılılığın azaldılması Rusiya iqtisadiyyatına təzyiq göstərir, Kremlin müharibəni maliyyələşdirmə imkanlarını zəiflədir. Bu, Ukraynaya diplomatik manevr imkanı verir və Avropanın müharibədə siyasi və iqtisadi dəstəyini gücləndirir. Eyni zamanda, Avropanın Rusiyadan enerji asılılığının azalması Moskvanın regiondakı nüfuzunu məhdudlaşdırır və uzunmüddətli perspektivdə Avropa dövlətlərinin mövqeyini gücləndirməyə xidmət edir”.

“Avropanın Rusiyadan asılılığının azalması, alternativ bazarlara üz tutaraq enerji bazarını diversifikasiya etməsi uzunmüddətli perspektivdə həm iqtisadi, həm də siyasi sabitliyə xidmət edir. Şübhəsiz ki, risklər mövcuddur. Enerji qiymətlərinin artması və qış aylarında çatışmazlıq riski Avropada iqtisadi və sosial təzyiq yaradır. Həmçinin, Rusiyanın Asiya bazarına yönəlməsi və qlobal enerji ticarətində yeni dinamikanın formalaşması Avropanın uzunmüddətli planlaşdırmasını çətinləşdirir. Amma buna baxmayaraq Avropanın Rusiya enerjisindən imtinası qısa müddətdə maliyyə və sosial çətinliklər yaratsa da, uzun müddətdə Ukrayna müharibəsində Avropanın strateji üstünlüyünü və Avropanın enerji təhlükəsizliyini gücləndirir. Odur ki, Rusiya neftindən və qazından imtina edilməsinin yanlışlığı ilə bağlı səslənən bəyanatlar həqiqəti əks etdirmir. Avropanın da bu istiqamətdə geri addım atacağını düşünmürəm” – deyə, analitik vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv