“Milliön” terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin

“Milliön” terminallarında şəxsi kabinetizlə daha sürətli ödəniş edin






presstv

"Presstv"az #Audi, #Avto, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Milliön” ilk dəfə olaraq ödəniş terminallarında şəxsi kabinet təqdim edir – daha sürətli, daha rahat və daha ağıllı ödəniş təcrübəsi.

Bu yeni funksiya sayəsində gündəlik kommunal və digər ödənişlərinizi vaxt itirmədən həyata keçirə bilərsiniz. Şəxsi kabinetdə qeydiyyatdan keçdikdən sonra müştəri kodlarını və nömrələri hər dəfə yenidən daxil etməyə ehtiyac qalmır. Məlumatlar bir dəfə daxil edilir, şablon kimi yadda saxlanılır və növbəti ödənişlərdə avtomatik istifadə olunur.

Şəxsi kabinet sizə nə qazandırır?

Sürətli ödənişlər – cəmi bir neçə toxunuşla

Vaxta qənaət – təkrar axtarış və məlumat daxil etməyə ehtiyac qalmır;

Yadda saxlanılan şablonlar – tez-tez istifadə olunan xidmətlər üçün;

Rahat və sadə istifadə – hər dəfə eyni nömrələri xatırlamağa ehtiyac yoxdur.

Şəxsi kabinetdə necə qeydiyyatdan keçmək olar?

1. Ekranın yuxarı sağ küncündə yerləşən “Şəxsi kabinet” bölməsinə “Daxil olun” düyməsini seçin

2. Mobil nömrənizi daxil edin

3. Telefonunuza göndərilən birdəfəlik OTP kodu qeyd edin

4. Pin kod yaradın

5. Daha sürətli ödənişlər üçün şablonlar yaradın və “Yadda saxla” düyməsini basın – məlumatlar növbəti ödənişlər üçün saxlanılacaq.

“Milliön” şəxsi kabineti detalları sizin yerinizə yadda saxlayır.

Siz isə vaxt itirmədən, rahat şəkildə ödənişlərinizi həyata keçirirsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv