Çin Aya uçuşlar üçün kritik testləri tamamladı

Çin Aya uçuşlar üçün kritik testləri tamamladı






presstv

"Presstv"az #Audi, #Çin, #Gəmi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin Aya pilotlu uçuşlar üçün nəzərdə tutulmuş yeni “Çanjen-10” daşıyıcı raketinin, həmçinin perspektivli “Mençjou” (“Xəyal qayığı”) gəmisinin qəza xilasetmə sisteminin kompleks uçuş sınaqlarını uğurla həyata keçirib.

presstvaz-ın məlumatına görə, bu barədə fevralın 11-də “Xinhua” agentliyi xəbər yayıb.

“Sınaqlar ölkənin cənubunda, Haynan əyalətindəki Vençan kosmodromunda baş tutub. Testlər zamanı mütəxəssislər raketin aşağı hündürlüklərdə nümayiş uçuşunu həyata keçiriblər və maksimum aerodinamik təzyiq şəraitində “Mençjou” gəmisinin xilasetmə sisteminin işini yoxlayıblar”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, sınaqların uğurla başa çatması Aya pilotlu uçuşlar üzrə milli proqramın həyata keçirilməsində önəmli addım olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv